Bizim başlıca məqsədimiz   Böyrək xəstəliklərindən əziyyət çəkən pasientlərimizi maarifləndirmək və ən  yeni texnoloji avadanlıqlarla təhciz olunmuş Nefrologiya şöbəmizdə sizlərə böyrək xəstəliklərinin müayinəsi və müalicəsində  yüksək xidmət göstərməkdir.

Nefrologiya - başda böyrəklər olmaqla, sidik kisəsi və sidik kanallarını əhatə edən ifrazat sistemi xəstəliklərini  incələyən tibb sahəsidir. 

Böyrəklərimiz  - Çox zəngin bir damar yumağından ibarət olan bu mükəmməl orqanlarımız orqanizmdə filtr ( zəhərli maddələri süzmə) işini yerinə yetirirlər. Ürək hər döyündüyündə orqanizmdəki qanın 20-25 % ni hər iki böyrəyə göndərir. Bir insanın qan həcminin 5-6 litr olması və ürəyin dəqiqədə 70-80 dəfə vurması (Döyüntüsü) nəticəsində böyrəklər gündə 200 litr qan süzür. Böyrəklər bu süzmə prossesi zamanı orqanizmə lazım olan proteini saxlayır, kreatinin və bunun kimi zəhərli maddələrin ifrazını təmin edir. Təmizlənən qan sistemə qayıtdığı zaman, zəhərli maddələr isə sidik kanalları ilə sidik kisəsinə göndərilir və ifraz olunur. Çox çalışqan olan bu orqanlar 15 % -i işlədiyi vaxta qədər öz funksiyalarını yerinə yetirməyə çalışır. Bu səbəbdən də böyrək xəstəlikləri çox gec dönəmdə( artıq ağırlaşmış formada ) özünü biruzə ver