Böyrək nəqli olunan pasientin qidalanması

Orqan nəqli edildikdən sonra, xəstələri ən çox maraqlandıran mövzulardan biri də, böyrək nəqlindən sonra pasient necə qidalanmalıdır?

Böyrək nəqli olmazdan öncə qidalanma tərzi ilə nəql sonrası qidalanma qaydası fərqlidir. Hər bir orqan nəqlinə hazırlaşan pasient, əməliyyatdan əvvəl və sonra olan qidalanma qaydalarını diyetoloqla və ya onu müalicə həkimi ilə müzakirə etməlidir. 

Orqan nəqli zamanı niyə qidalanmağımıza iki qat artıq diqqət etməliyik?

Orqan transplantasiyası zamanı təqib müddətində, eyni zamanda əməliyyat sonrası sağalma müddətində qidalanma çox böyük rol oynayır. Hemodializə girən və sonra böyrək nəqli edən pasientlər, dializ aldıqları zaman boyunca qidalanma və pəhriz proqlamlarına riayət edirlərsə, böyrək nəqlindən sonrakı qidalanma və pəhriz proqramına çox rahatlıqla öyrəşə bilərlər.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər