Böyrək xəstəlikləri böyrəklərimizin ən dözümlü orqanlardan olduğu üçün gec ortaya çıxır

Böyrək xəstəlikləri hansı səbəbdən gec ortaya çıxır.

Hər 6-7 insandan birinin böyrək xəstəsi olduğu və 5 ildən sonra bu göstəricinin daha çox olacağı söylənilir. Amma gündəlik riayət edə biləcəyimiz qaydalar və sağlam həyat tərzi ilə böyrəklərimizi bir çox xəstəliklərdən və ağırlaşmalardan qoruya bilərik. Çox zəngin bir damar yumağından ibarət olan bu mükəmməl orqanlarımız orqanizmdə filtr (zəhərli maddələri süzmə) işini yerinə yetirirlər.

Ürək hər döyündüyündə orqanizmdəki qanın 20-25%-ni hər iki böyrəyə göndərir. Bir insanın qan həcminin 5-6 litr olması və ürəyin dəqiqədə 70-80 dəfə vurması ( Döyüntüsü) nəticəsində böyrəklər gündə 200 litr qan süzür. Böyrəklər bu süzmə prosesi zamanı orqanizmə lazım olan proteini saxlayır, kreatinin və bunun kimi zəhərli maddələrin ifrazını təmin edir.

Təmizlənən qan sistemə qayıtdığı zaman, zəhərli maddələr isə sidik kanalları ilə sidik kisəsinə göndərilir və ifraz olunur. Çox çalışqan olan bu orqanlar 15 % -i işlədiyi vaxta qədər öz funksiyalarını yerinə yetirməyə çalışır. Bu səbəbdən də böyrək xəstəlikləri çox gec vaxtdan sonra (artıq ağırlaşmış formada) özünü büruzə verir.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər