Hepatit B və C - qaraciyərdə fəsadlara və ağırlaşmalara səbəb olan viruslardır. Böyrək nəqli sonrası immun sistemin basqılayan dərmanlar orqanizmin hepatit virusuna qarşı apardığı müqavimətə mənfi təsir edə bilər. Buna görə də çox hallarda qanında həddindən artıq virus olan və qaraciyərində ciddi ağırlaşmaları olan pasientlərə, böyrək nəqli tətbiq edilmir, sadəcə dializ ilə həyatlarına davam edirlər.

Amma, bir xəstədə Hepatit B və ya C varsa və aparılan müayinələrin nəticələrinə görə qaraciyər heç bir xəsarət almayıbsa, o zaman bu xəstəyə böyrək nəqli tətbiq oluna bilər. Böyrək nəqli bu xəstələrdə, dializ müalicəsi ilə müqayisədə, daha sağlam və uzunömürlü həyata səbəb ola bilər.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər