Xəstəliyin səbəblərini bilərək, sağlamlığınızı qoruyun.

Nefritin əsas səbəbləri: Böyrəklərdə törəmə, daş və ya qum əmələ gəlməsi, prostat böyüməsi, sidik yollarını kontrol edən sinirlərin fəlc olması, sidik yollarındakı inkişafdan geridəqalma sayıla bilər. Bundan başqa sidiyə çıxdıqdan sonra sadəcə kağızla silinmək və su ilə yuyunmamaq da sidik yolları infeksiyaların yaranmasına səbəb olur.

Bu səbəblərə görə sidik böyrəklərdə toplanır, nəticədə böyrəklərin iltihablanması və hətta iflasına gətirib çıxara bilər. Qadınlarda böyrək iltihablanması kişilərlə müqayisədə 100 dəfə çoxdur, çünki xanımların anusu (düz bağırsaq) ilə vaginaları bir birinə çox yaxın olduğu üçün, infeksiyaya daha tez məruz qalır.

Bu səbəbdən də, sidiyə çıxdıqdan sonra xüsusilə də, xanımlar su ilə yuyunmalıdırlar, hətta mümkün olduğu qədər soyuq su olmalıdır, çünki soyuq su qan dövranını yaxşılaşdırır, beləliklə də infeksiyaya yoluxma riski azalır. Nefrit vaxtında aşkarlandığı halda müalicəsi mümkündür. Hətta köməkçi müalicə kimi təbii otlardan da istifadə olunur.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər