Həkim-Nefroloq nələrdən xəbərdar olmalıdır: pasientin ailəsi və hemodializ personalı arasında olan problemlərdən. Bəzən personal və xəstə arasında yaranan münaqişələr pasientin müalicəsində də özünü pis şəkildə göstərir, müalicədə problemlər yaranır. 

Pasinetin öz müalicəsini tam dərk etdiyindən əmin olmaq lazımdır. Dializalanpasientlər çox sayda dərman qəbul edir, qidalanma tərzi dəyişir. Bu dəyişiklikləri anlaması və bunlara riayət etməsi çətin ola bilər. 

Müalicəyə cavab verməyən xəstənin əhval-rihiyyəsi pozulmamalıdır. Pasientlər səhv də olsa, istədikləri müalicəni seçmək haqqına malikdirlər. Bu mövzuda pasientə təzyiq göstərilərsə, o, tərs reaksiya göstərə bilər. 

Müalicə nəqədər sadələşdirilsə, bir o qədər də xəstənin ona uyumu artar, lazımsız müayinələr və müalicələrdən çəkinmək lazımdır.

Təəsüf ki, müalicədəki uyumsuzluq və ya düzgün şəkildə riayət olunmaması, istənilən nəticənin alınmaması pasientə depressiya vəya başqa bir psixiatrik pozulmaya səbəb ola bilər.
 

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər