Kəskin böyrək çatışmazlığı - böyrəklərin qandakı zərərli maddələri süzmə funksiyalarını ani şəkildə itirməsidir. Böyrəklər bədəndəki artıq suyu, zəhərli maddələri, elektrolitləri (sodium, potasium kimi) bayıra ataraq və müəyyən hormonlar ifraz edərək, vücuddakı tarazlığı saxlamaq təmin edən orqanlardır.

Böyrəklər bu vəzifəsini yerinə yetirmədiğində bir çox zəhərli maddə qanda toplanır, lazım olan hormonlar ifraz oluna bilmir və ürək-damar, sinir sistemi daxil olmaqla bütün vücuda təsir edərək həyatı təhlükə yaranar. Kəskin böyrək çatışmazlığı ağır vəziyyətdir və ciddi şəkildə müalicə olunmalıdır. Düzgün müalicədən sonra Böyrəklər normal funksiyalarını bərpa etməsi mümkündür.

Kəskin böyrək çatışmazlığının əsas səbəbləri : Böyrəklərə qan axışının yavaşlaması vəya kəsilməsi, həddindən çox qan vəya maye itkisi (travma, qəza, və ya əməliyyatdan sonra qan itirmək), Ürəkdə infarkt, ürək xəstəlikləri, infeksiyalar, şok, ciddi alergik reaksiyalar, ağır yanıqlar və s.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər