Protein (zülal) - orqanizmin hüceyrәlәrinin quruluşunda vacib elementdir, ona görә qidamızda onun miqdarı kifayət qәdәr olmalıdır. İnsan orqanizminin әsas protein mәnbәylәri - heyvan mәnşәli vә bitki mәnşәli zülallardır. Heyvansal zülallar mal, quş, balıq әtlәrindә, yumurtada, dәniz vә süd mәhsullarında (әsasәn kәsmik və pendirdә) mövcuddur. Bitkisәl zülallar isә böyük miqdarda paxla mәhsullarında vә soyada mövcuddur. Taxıl mәhsullarından әn çox protein düyü, qarabasaq vә yulaf yarmasındadır.

Bəs Protein Böyrəklərimizə necə təsir edir?

Proteinin gündəlik norması bәdәnin 1kq çәkisinә 1,2-1,3 qr-dan artıq olmamalıdır. Zülalların sui-istifadәsi böyrәklәrin fәaliyyәtini ağırlaşdırır. Böyük miqdarda zülallar qәbul etdikdә, orqanizmdәn Ca (kalsium) sidiklә ifraz olunur, yәni orqanizmin kalsium ehtiyyatları çox azalır. Uzun müddәt belә davam edәrsә, bu osteoporoza vә ya böyrәklәrdә daşların әmәlә gәlmәsinә gәtirә bilәr. Proteini böyük miqdarda qәbul edәndә aktiv fiziki fәaliyyәti artırmaq lazımdır.

Әgәr böyrәklәrdә problem varsa (böyrәk çatışmazlığı kimi) proteinlәrin hәddindәn çox qәbulu böyrәklәrin funksionallığının degenerasiyasını tezlәşdirir. Böyrəkləri tam Sağlam insanlara isә züllalı pәhriz mәnfi tәsir göstәrmir. 

Hәr halda, rasionunuzu proteinli pәhrizә dәyişdikdә hәkim-nefroloqdan mәslәhәt almağı unutmayın.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər