Böyrək funksiyalarını tamamilə itirmiş insanlar üçün həyati davam etmək dializ və ya böyrək nəqlidir. 

Əlbəttə ki, dializə başlamaq həm fiziki, həm psixoloji olaraq insanlar üçün çətin bir mərhələdir. Xüsusilə də ilk seanslarda, dializ sıxıcı, müəyyən ağrılarla müşayiət oluna bilər. Bu səbəbdən də, pasiyentlər dializə başlamadan öncə həm yaxınları tərəfindən, həm peşəkar psixoloji dəstək almalıdırlar. 

Dializ aldığınız zaman siz əlbəttə ki, ciddi həkim və tibbi personal təqibində olursunuz, ən kiçik bir ağırlaşma olma ehtimalı varsa, dərhal tibbi müdaxilə olunur.

Dializ zamanı ola biləcəklər:

  • Hipotenziya - Qan Təzyiqinin aşağı olması 20-30% hallarda
  • Tikanbatma və keyimə 5-20% hallarda
  • Ürəkbulanma, qusma 5-15% hallarda
  • Qaşınma 5% hallarda
  • Baş ağrısı 5% hallarda
  • Bel ağrısı 2-5% hallarda
  • Sinədə ağrı 2-5% hallarda
  • Titrəmə və qızdırma

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər