Böyrəklərin funksiyası tamamilə dayandığı zaman müalicə metodu olaraq edilən seçim - Dializ

Böyrəklərin funksiyası tamamı ilə dayandığı zaman həyatı davam etmək üçün böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə "dializ " və " böyrək nəqli" (transplantasiyası) seçimləri verilir. Dializ metodları çətin və sosial həyatda bir sıra problemlər yaratmasına baxmayaraq böyrək çatışmazlığından əziyyət çəkənlərin uzun müddət sağ qalmasına səbəb olur. Orqan transplantasiyası daha üstün müalicə metodu sayılsa da orqan müqaviməti ölkəmizdə problem olduğu üçün pasitentlər dializ metoduna üz tutmalı olurlar.

Qandan zərərli maddələri təmizləyən və maye normasını tənzimləyən dializin 2 növü var:

Periton dializ: Bir torba içərisində yerləşən məhlul , xəstənin qarnına yerləşdirilən kateter vasitəsi ilə gündə 4 dəfə 40 dəqiqə olmaq şərti ilə qarın boşluğuna verilir. Xəstənin evdə özünün edə biləcəyi bu metodla qandakı zəhərli maddələr və artıq maye qarın pərdəsi vasitəsi ilə uzaqlaşdırılır.

Hemodializ: Böyrək funksiyalarının bir aparat tərəfindən yerinə yetirildiyi bir metod olub, həftədə 3 dəfə 4 saat həkim nəzarəti altında aparılmalıdır.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər