Böyrək daşlarının əmələ gəlməsini önləmək üçün qidalanmada nələrə diqqət etməliyik.

  • Başda su olmaqla gün ərzində bol miqdarda maye qəbul etməyə çalışın (gündə ən az 2,5 litr)
  • Duzdan istifadəni mütləq azaldın
  • Kola, qazlı su kimi turşuluğu çox olan içkiləri həftədə bir dəfədən çox qəbul etməyin 
  • Çay içməyi azaldın
  • Gündə yarım litrə qədər limon, portağal kimi narıncı təbii şirələr böyrək daşının əmələ gəlməsinin qarşısını almağa kömək olur. 
  • Süd və süd məhsulları böyrək daşlarının önlənməsində çox effektivdir. Kalsium tərkibli məhsulları qidalanmanızdan tamamilə çıxarmayın, bu daha çox kalsium oksalat daşı əmələ gəlməsinə yol aça bilər. Süd, qatıq, pendir kimi məhsullardan imtina etməyin , sadəcə daha az istifadə edin.
  • Bol lifli məhsullara üstünlük verin
  • Tərkibində oksalatı bol olan çuğundur, soya, qara çay, şokolad, kakao, əncir qurusu, qaraistiot, fındık, cəfəri, xaş-xaş toxumu, ispanaq, çiyələk, böyürtkən kimi məhsulların istifadəsini azaldın
  • Spirtli içkilər, ançouz, sardina( balıq növü) , içalat( qoyun, dana), göbələk, ispanaq, quşqonmaz, kələm və qırmızı ət qəbulunu azaltmaq lazımdır.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər