Keçirdiyimiz bir çox xəstəliklərin, böyrək funksiyalarına mənfi təsir etdiyini bilirsinizmi?!

Bizim keçirdiyimiz bir çox xəstəliklər bəzən normal böyrək funksiyalarını pozub böyrək çatışmazlığına səbəb olur. Böyrək çatışmazlığı - Böyrəklərin öz funksiyalarını tam yerinə yetirə bilməməsi nəticəsində baş verir. Böyrək çatışmazlığının ən açıq şəkildə özünü büruzə verməsi, qanda kreatin kimi zərərli maddələrin artmasıdır.

Böyrək çatışmazlığı iki şəkildə qarşımıza çıxa bilər:

1. Kəskin böyrək çatışmazlığı
2. Xroniki böyrək çatışmazlığı

Hər iki halda böyrəklər zərərli maddələri ifraz edə bilmədikləri üçün bədənimizdə toplanan bu zərərli maddələr bir çox toxuma və orqanlarda ağırlaşmalara səbəb ola bilər.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər