Dializ xəstələri və yaxınları nələri bilməlidirlər?

1.Gələcək qorxusunu ağlınızdan silin. Böyrək çatışmazlığı və dializ ölüm demək deyil

2. Pәhrizinizә riayət etdikcə və öz qayğınıza qaldıqca qorxulu hecan baş verməyәcәk. Pəhrizi sağlam həyat tərzi kimi qəbul etməklə rahatlayacaqsınız. Qidalanmağınızı mәcburedici vә sıxıcı bir hәyat tәrzi kimi qәbul etmәyin.

3. Xәstәlikdәn qorxmayın, o sizdәn qorxsun. Böyrәk çatışmamazlığı ilə uzun illər yaşayan insanlar var. Sizin ömrünüz nә qәdәr isә, o qәdәr dә yaşayacaqsınız.

4. Dializә gedәrkәn sıxılmayın. Xәstәxanaya deyil, bir neçә saatlıq işә vә ya bәnzәr bir yerә getdiyinizi düşünün. Әhvalınızın bilavasitә sağlamlığınıza tәsir etdiyini unutmayın. Әhvalınız yüksәk sәviyyәdә olsun ki, dializ seansınız faydalı keçsin.

5. Başqa xәstәlәrlә dialoq qurub ünsiyyәtә keçin. Sizin indiki dövrünüzü illәr öncә keçdiklәri üçün sizә mәslәhәtlәr verә bilәrlәr. Bir sualınız, probleminiz varsa hәkiminizә, tibb bacılara, psixoloqunuza müraciәt edә bilәrsiz. Siz tәk deyilsiz və Hәr kәs sizә yardım etməyə hazırdır .

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər