Vücudumuzun gündəlik duz norması 5-6 qramdır, amma qeyd edək ki, yediyimiz meyvə və tərəvəzlərin tərkibində bu normanın 2 qramını qəbul etmiş oluruq. Əgər yeməyimizi normadan artıq yeyiriksə o zaman gündəlik 20-25 qram duz qəbul edirik. Aparılan araşdırmalara görə , Azərbaycanda insanlar, gündəlik 18 qram duz alır. 

Normadan artıq duz qəbul etmək Böyrəklərin qılcal damarlarına ziyandır! Duzdan istifadənin böyrək funksiyaları böyük təsiri var.

Belə ki:

  • Normadan artıq duz istifadə edildiyi zaman böyrək daxilindəki qılcal damar qan dövranı sistemində qan təzyiqi yüksəlir.
  • Yüksək qan təzyiqi davam edirsə damarlar yırtılır və xəsarət alır.
  • Orqanızmdən normadan artıq protein itkisinə səbəb olur.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər