Sidik tutma, vaxtında sidiyə çixmamaq kimi pis vərdişlər, böyrəklərdə ciddi problemlərin yaranmasına yol aça bilər.

Böyrəklərinizə qarşı etdiyiniz xətalı vərdişlərdən biri sidiyə çıxmağı gecikdirməkdir. Sidik kisənizi sidiklə dolu uzun müddət saxladığınızda, bu vəziyyət sidik kanallarına müxtəlif mənfi təsirlər göstərir.

Uzun müddət sidiyi saxlamağın böyrəklərə zərəri :

1) ilk zamanlarda sidiyə çıxmaqda çətinlik, infeksiyaların yaranması;

2) daha çox vaxt keçdikdə isə sidik kisəsi əzələlərində zədələnmə və zəiflik, sidiyə çıxmanı kontrol edə bilməmək kimi problemlər meydana çıxır.

Bir az daha vaxt keçdikdə isə bu, hidronefroz, yəni sidiyin böyrəklərə davamlı olan təzyiq göstərməsi nəticəsində yarana bilən böyrək çatışmazlığına yol açır. Hətta bu vəziyyət dializ ehtiyacı ilə sonlana bilər. 

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər