Böyrəyimiz normal halında nəfəs alıb verdiyimiz zaman 2-5 sm aşağı düşür. Əgər böyrəyimiz bu göstəricidən daha aşağı düşərsə o zaman böyrək sallanması baş verər.

Böyrək sallanmasının səbəbləri:

  • Həddindən çox arıqlama( böyrək ətrafı yağ toxuması)
  • Zərbələr
  • Anadangəlmə böyrəyin bağları uzun olarsa, meydana gələ bilər

Böyrək sallanmasının əlamətləri:

  • Böyrək sallanması heç də hər zaman hər hansı şikayətlə özünü büruzə verməz
  • Uzun müddət ayaqüstü qalan zaman ağrı ola bilər
  • Ürəkbulanma və qusma
  • İltihab olarsa buna bağlı olaraq şikayətlər ola bilər. 

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər