Qanda kreatin nə zaman yüksəlir və nə zaman azalır?

Kreatinin - əzələ hərəkətinə lazım olan kreatindən əmələ gələn birləşmədir. Əzələ metabolizminın istehsalı olan bu maddə böyrəklərdən sidik vasitəsi ilə dəyişmədən birbaşa ifraz olunur. Böyrək funksiyaları pozulduğu zaman kreatinin ifrazı ləngiyir və qanda kreatinin səviyyəsi yüksəlməyə başlayır. Kreatin analizləri adətən böyrək funksiyalarını və xəstəliklərini dəyərləndirmək üçün aparılır. Əzələ xəstəlikləri, revmatoid artrid, hormonal pozğunluqlar, infeksiya və sümük qırılmaları da qanda kreatinin səviyyəsini artıra bilər.

Az proteinli qidalanma , protein sintezinin artdığı zaman və hamiləlik dövründə qanda kreatinin serum səviyyəsi aşağı olur.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər