Dializ əsnasında qan təzyiqinin aşağı olması (hipotenziya) və bu vəziyyətdə hansı tətbiqlər görülür?

Hipotenziya özünü hansı şikayətlərlə büruzə verir?

Baş gicəllənməsi, göz önünün qaralması, gücsüzlük, sərsəmlik halı, ürəkbulanma, iynəbatmalar şəklində özünü göstərə bilər. 

Bütün bunları nəzərə alıb, pasientin daha rahat və etibarlı şəkildə dializ alması üçün, həkim və tibb personalı tərəfindən bəzi tədbirlər görülməlidir.

Dializ əsnasında Hipotenziyanın qarşısı necə alınır:

  • UF kontrollu dializ aparatı istifadə edilir.
  • Normadan çox interdiyalitik çəki artmasının qarşısını alan pəhriz və duzun azaldılması tətbiq olunur.
  • Pasienti quru ağırlığından daha az çəkiyə salacaq şəkildə UF tətbiq edilmir
  • Aşağı təzyiqə meylli pasiyentlərin dializ əsnasında qida qəbuluna yol verilmir.

Müalicəsi:

  • Pasientin tənəffüsündə problem yoxdursa Trandelenburg vəziyyətinə gətirilir
  • UF sürəti minimuma, mümkün olsa sıfıra endirilməlidir.
  • Burundan Oksigen verilir, bu öz növbəsində toxuma işemiyasını azaldaraq daha xeyirli ola bilər.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər