Böyrək nəqlindən sonra, böyrəyini bağışlayan donorun gələcəkdə böyrək çatışmazlığı olma riski, sırf bu səbəbdən artmaz. Bunun sübutu olaraq : Bu günə qədər sadəcə Amerikada 75 min insan yaxınlarına böyrək bağışlamışdır. Amerika və Avropa bu günə qədər apardığı statistik araşdırmalara görə, heç bir böyrək donoru olan birinin böyrək çatışmazlığı olma riskinin artmasını qeydə alınmamışdır. 

Amerika və Avropa da canlıdan orqan nəqlinin artması üçün yaxınlarına böyrək bağışlamasına orqan bəxşi müəssisələri və dövlət qurumları tərəfindən dəstək verilir. Cəmiyyət içində minlərcə insan tək böyrəklə anadan olur və bu insanlar sağlam həyat yaşayırlar.

Bəzi böyrək xəstəlikləri və ya qəzalar nəticəsində də insanların bir böyrəyin götürülməsi lazım ola bilər. Bu hallarda həmin insanların böyrək çatışmazlığı olma riski normal insanlardan fərqli deyil. Bir çox xəstəliklər hər iki böyrək də eyni zamanda başlayır. Yəni hər hansı bir şəxsdə böyrək çatışmazlığının inkişafı onun iki böyrəkli olması və ya tək böyrəkli olmasına bağlı deyil. Əksinə əgər bir zaman böyrək çatışmazlığı kimi bir xəstəliklə üzləşmə riskiniz varsa ,ən azından bir böyrəyinizi donor olaraq yaxınınıza verib onun sağalmasına səbəb ola bilərsiniz

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər