Hepatit B və C - qaraciyərdə fəsadlara və ağırlaşmalara səbəb olan viruslardır. Böyrək nəqli sonrası immun sisteminİ basqılayan dərmanlar orqanizmin hepatit virusuna qarşı apardığı müqavimətə mənfi təsir edə bilər. Buna görə də çox hallarda qanında hədddindən artıq virus olan və qaraciyərində ciddi ağırlaşmaları olan pasientlərə, böyrək nəqli tətbiq edilmir, sadəcə dializ ilə həyatlarına davam edirlər. Amma , bir xəstədə Hepatit B vəya C varsa və aparılan müayinələrin nəticələrinə görə qaraciyər heç bir xəsarət almayıbsa, o zaman bu xəstəyə böyrək nəqli təbiq oluna bilər. Böyrək nəqli bu xəstələrdə, dializ müalicəsi ilə müqaisədə, daha sağlam və uzunömürlü həyata səbəb ola bilər.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər