Artiq çəkisi olan şəkər xəstələrinin böyrək çatişmamazliği olma ehtimali daha çoxdur.

Həddindən artıq çəki (piylənmə), böyrək içindəki təzyiqi yüksəldir və qılcal damarlarda struktur pozğunluqlarına səbəb olur. Bu zaman, süzmə funksiyasını düzgün yerinə yetirə bilməyən böyrəklər, sidikdən proteini normadan çox ifraz edir. Piylənmə eyni zamanda, şəkərli diabet və hipertenziyaya da (yüksək qan təzyiqi) yol açaraq böyrəklərə dolayı yolla zərər verir. Kənardan normal kiloda görünən amma qan yağları yüksək olanların yəni metabolik piylənməsi olan insanların da böyrəkləri risk altındadır.

Əgər artıq çəki problemi varsa, şəkər xəstəliyinin kontrolu bir o qədər çətinləşir. Piylənmədən qaynaqlanan şəkər xəstəliyinin ən təsirli və qalıcı müalicəsi piylənmə və metabolik cərrahiyyəsi ilə aparılır. Metabolik cərrahiyyə həkim müayinəsi və göstərişindən sonra, tip 2 şəkərli diabet xəstələrində daha çox tətbiq olunur. Bu tip pasientlərdə metabolik cərrahiyyə şəkərli diabetin effektiv müalicəsidir. Əlbəttə əməliyyat sonrası pasientlər, qidalanmalarına diqqət etməli və mütəmadi olaraq şəkərli diabet və böyrəklərlə bağlı müayinələri ehmal etməməlidirlər.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər