Böyrəklər orqanizmin əsas damarı aortadan gələn böyrək arteriyaları vasitəsilə qanla təmin olunurlar. Qan böyrəklərdə şlaklardan təmizlənib böyrəklərin başqa damarları ilə ümumi qan dövranına qayıdır.

Şlaklar sidik yolu ilə orqanizmdən ifraz olunur. Bu vacib roldan əlavə böyrəklər renin adlı xüsusi hormonla arterial təzyiqi tənzimləyir. Bu hormonun ifrazı böyrəkdə qan axınından asılıdır, yəni böyrəkdə qan axını azaldıqca renin hormonun ifrazı artır. Böyrək arteriyasının daralması (stenoz) və ya böyrək damarlarında qan laxtasının əmələ gəlməsi (tromboz) böyrəkdə qan axınını və böyrək funksiyasını pozur.

Nəticədə arterialtəzyiq yüksəlir. Müalicə olunmayan hallarda böyrək çatışmazlığı əmələ gələ bilər. Arterialhipertenziya ilə bağlı bir çox xəstəliklər var, ancaq çox yüksək və sadə müalicəyə cavab verməyən təzyiq böyrək damarlarının zədələnməsindən xəbər verir.

Böyrək damarlarının zədələnməsinin əlamətləri:

  • ayağa yayılan belağrısı
  • sidikdəqan
  • sidikdəzülal
  • böyrəklərin böyüməsi
  • titrəmə, ürəkbulanma, qusma
  • yüksək təzyiq
  • ayaqlarda kəskin şişkinlik
  • nəfəsalma çətinliyi.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər