Xroniki böyrək xəstələrində müşahidə olunan dəri problerinin ev şəraitində müalicəsi 
1️ Dəridə quruluğu artıran və dərinin həssaslığını oyadan faktorlardan uzaq olmaq
Çox isti və ya çox soyuq ortamlardan uzaq olmaq
İlıq su ilə və qısa müddətli vanna qəbul etmək və yuyunmaq
Dərini daha az qurudan sabunlardan istifadə etmək (Dove, Sebamed, Neutrogena, Eubos)
2️ Nəmləndirici və yumuşaldıcı kremlərdən istifadə etmək 
(çimdiyiniz zaman və duş qəbulundan sonra )
Bu məqsəqlə törə və laktik turşu tərkibli nəmləndiricilər yararlı ola bilər. Xüsusilə də çimdikdən sonra nəmli dəriyə çəkilən bu vasitələr nəmi dəriyə hopdurma qabiliyyətinə malik olur. Bu məqsədlə istifadə olunan nəmləndiricilər :
Salmandol ( vanna üçün tibbi yağ )
Nutraplus 10% losyon
Exsipial Hydro 2% emulsiya və s. Bu vasitələr yalnız həkim göstərişi əsasında istifadə edilməlidir. 
3️. Günəşdən qorunma : Günəşdən dərini qorumaq üçün buna uyğun geyimlər, və gündən qoruyucu vasitələr seçilməlidir. 
4️ Tez-tez özünü ( dərini ) müayinə etmək mütləqdir : Dəridə əmələ gələ biləcək infeksiya, allergikreaksiyalar və dəri xərçənginin erkən təyini çox vacibdir. Bu səbəblə dəridə hər hansı bir problem aşkarladıqda mütləq həkimə müraciət edin

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər