Böyrək biopsiyası haqqında

Böyrəkbiopsiyası renal parenximal xəstəliklərin diaqnostikasında, xəstəliyin təqibində və hansı müalicə metodunun tətbiq edilməsinin təyinində qızıl standart olaraq qəbul edilmiş bir müayinə üsuludur. Hal-hazırki dövrdə ultrasəs müayinəsi müşayiətində avtomotik və ya yarı avtomotik iynələr ilə aparılan #böyrək biopsiyasında major fəsad vermə riski olduqca azdır.

Böyrək biopsiyasına göstərişlər:

  • Səbəbi bəlli olmayan xroniki böyrək xəstəlikləri
  • Kəskin böyrək zədələnmələri (postrenal obstruksiyon, azalmış böyrək perfuziyası və kəskin tubulyar nekroz inkar olunduğu hallarda)
  • Nefrotik sendrom
  • İzola nonnefrotik proteinuriya
  • İzola mikroskopik hematuriya
  • Ailəvi böyrək xəstəlikləri
  • Renal disfunksiya ile gedən birləşdirici toxuma xəstəlikləri
  • Nəql olunmuş böyrək disfunksiyası

Qəti əks göstərişlər:

  • Düzəlməyən hemorargik diyatez
  • Kontrol oluna bilinməyən hipertenziya
  • Aktiv renal və ya perirenal infeksiya
  • Biopsiya olunacaq nahiyyədə dəri infeksiyası

Nisbi əks göstərişlər:

  • Anotomik anormallıqlar
  • Kiçik böyrəklər
  • Soliter böyrəklər

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər