Yüksək qan təzyiqi böyrəkləriniz üçün risklidir
Yüksək qan təzyiqi riskini artıran bir çox səbəblər sırasında: 
1️. Yaş: İnsanlar yaşlandıqca qan təzyiqinin yüksəlmə riskini də artır. Bu problem 35-50 yaşlarında daha çox müşahidə olunur. 
2️. Cinsiyyət: 50 yaşdan aşağı kişilərdə daha çox rast gəlinir. 50-55 yaş qrupunda kişilərdə və qadınlarda demək olarki eyni dərəcədə müşahidə olunur. 55 yaşdan yuxarı isə daha çox qadınlarda yüksək qan təzyiqi problemi izlənilir. 
3️. Genetik faktor: 60% insanlarda yüksək qan təzyiqi problemi irsidir.
4️. Piylənmə: Piylənmədən əziyyət çəkənlərin 40 %-də yüksək qan təzyiqi problemi mövcuddur. Qeyd edəkki, gənc yaşda yüksək qan təzyiqi olan xəstələrin 1/3 piylənmə problemi yaşayır.
5️. Şəkərlidiabet : Şəkərli diabeti olan xəstələrdə yüksək qan təzyiqi çox rast gəlinir. 
6️. Həddindən artıq duz istifadəsi: qidalanmada həddindən artıq duzdan istifadə yüksək qan təzyiqi probleminə yol açan səbəblərdən biridir. 
7️. Fiziki hərəkətsizlik : İnsanların daha çox oturaq həyat keçirməsi və fiziki aktivliyin zəyifləməsi yüksək qan təzyiqi riskini artırır. 
8️. Spirtli içki içmək: Spirtli içki içənlərdə yüksək qan töəzyiqi çox hallarda müşahidə olunur. 
9️. Stress: Əsəb, sinir gərginliyi bütün vücudumuza mənfi təsir göstərdiyi kimi, yüksək qan təzyiqinədə yol açır. 


Hipertenziya (yüksək qan təzyiqindən) əziyyət çəkənlərin 90-95%-də bu heç bir başqa xəstəliyə (altda yatan hər hansı səbəb0 bağlı olmadan mövcud olur. Bu birincili hipertenziya adlanır. Geridə qalan 5-10% insanlarda bu hər hansı bir xəstəliyin nəticəsi olaraq yaranır. Buna ikincili hipertenziya deyilir.
Seconder (ikincili) hipertenziyanın səbəbləri:
1️. Çox duzlu yeməklərlə qidalanmaq.
2️. Böyrəkxəstəlikləri
3️. Böyrəküstü vəzlərin (adrenal) xəstəlikləri
4️. Anadangəlmə aortanın (damar) bir hissəsinin dar olması
5️. Tiroid vəz xəstəlikləri (hipertiroidi, hipotiroidi)

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər