Xahiş edirik sizi maraqlandıran suala cavab tapmaq üçün yandaki formdan istifadə edəsiniz. Sual göndərildikdən qısa müddət sonra sizə bildiriş məktubu göndəriləcək və sualınızın cavabı bu səhifədə yayımlanacaqdır.

Həkim, mən artıq 10 ilə yaxındırki, şəkərəm mən, axır vaxtlar böyrüm ağrıyır, böyrəyimdə problem ola bilər yəni ?

Xalidə xanım, Salam. Öncə Allah şəfa versin. Nəzərinizə çatdıraqki, şəkərli diabeti olan xəstələrin böyrək çatışmamazlığı olma riski böyükdür. Buna görə də şəkərli diabet xəstəsi, mütəmadi olaraq həm endokrinoloji həm də nefroloji müayinələrdən keçməlidir. Böyrəkdə ağrı varsa, həm qanın, sidiyin ümumi analizi və böyrək ultrasəs müayinəsindən keçməniz məsləhətdir. Bu cavablarlara əsasən sizin, böyrəklərdə hər hansı problemin olub olmadığını aydınlaşdırmaq olar, ehtiyac olarsa başqa analiz və müayinələrdə təyin oluna bilər.

Salam , həkim, mənim 64 yaşım var, 1 ildiki dializə gedirəm, amma çox köpürəm, mədə bağırsağım çox narahat edir məni, neyniyim bu köp keçsin ?

Salam, Məhəmməd bəy, öncə Allah şəfa versin. Qeyd edəkki, dializə başlayan xəstələr, qidalanmalarına çox diqqət yetirməli,  pəhriz saxlamalı, duzlu, aşırı yağlı, yeməklərdən uzaq olmalıdırlar. Yəni pəhriz olmadığı hallarda, köp, tez yorulama halsızlıq, həzmsizlik, ürəkbulanma kimi problemlər ortaya çıxa bilər. Sizə məsləhətimiz nefroloq həkim və dietoloq konsultasiyasına əsasən sizə indivual olaraq bir qidalanma proqramı hazırlansın. Sizdə çalışın bu pəhrizə əsasən qidalanın, o zaman köp və ürəkbulanma kimi problemlər aradan qalxacaq.

Salam Həkim, mənim bir tanışımda böyrəyi bağlı problem var, sizdən məsləhət almaq istəyirdim, xr pielonefrit sağ tərəfli nefroskleroz belə bir xəstəlik sağalandımı?

Salam, Yeganə xanım, əfsuslar olsun, nefroskleroz sağalan xəstəlik deyil, bu durumda,  bizim üzərimizə düşən xəstəliyin proqresivləşməsinin qarşısını almaqdır.

Salam, doktor, Atamın 56 yaşı var, özüdə şəkər xəstəsidi, keçən həftədən ona dializ müalicəsi yazdılar. Birinci dəfə elədilər, dializdən sonra ürəyi çox bulanmağa başladı, elə həmin günü necə halsız oldu. Bunun qarşısını almaq mümkündür ? Yoxsa elə belə hallar normaldı ?

Salam, Bəhram bəy, Allah atanıza şəfa versin.  Bəli dializ seanslarından sonra, pasientin ürəkbulanması, halsızlıq və yorğunluq kimi narahatçılıqları ola bilər. Bu hallar olduğunda dializ zamanı tibbi personal müdaxilə edib xəstəni normal vəziyyətə qaytarmağa çalışır, amma ürək bulanma çox uzun müddət davam edirsə,xəstə dözə bilmirsə, o zaman həkimin müayinəsi və göstərişinə əsasən dializ saatları qısaldılır, amma həftə ərzində dializ seanslarının sayı artırılır.

Salam, Barat doktur, mənim yoldaşım 20 yaşından şəkərli diabetdir. Hal hazırda 35 yaşı var, böyrəklərində züləl 1,5 dir. Hər ay biomo lipon,celenin nefro vurdururuq. Amma çox narahatıq neyisə düz etmirik. Bizə nə məsləhət rsingörərdiniz?

Salam, Səlimə xanım, öncə Allah yoldaşınıza şəfa versin.  Pasientdə protenuriya var.  Verdiyiniz dərmanlar böyük ehtimalla, başqa bir məqsədlə  verilir, bunların proteinuriyada heç bir faydası yoxdur. Dediklərinizdən ilkin olaraq xəstədə Diabetik nefropatiya olduğunu düşünürəm, xəstənin müayinəyə gəlməsi məqsədə uyğundur, görmədən bundan artığını söyləmək mümkün deyil.