USM-Artıq 25-30 ildirki, bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Ultrasəs müayinəsi - səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur.Müayinə zamanı yüksək tezlikli səs dalğaları toxuma sıxlığından asılı olaraq əks olunur, ötürücüyə geri gələn dalğalar cihaza ötürülür və cihazın kompyuter sistemi vasitəsi ilə canlı görüntüyə çevrilir. Burada istifadə olunan səs dalğalarının tezliyi insannın eşıdəbiləcəyi tezlikdən dəfələrlə yüksəkdir.
Ultrasəs müayinəsinin üstünlükləri:
1. Radiasiyasızdır ( şüalanmasız )
2. Müayinə aparılan zaman monitorda canlı görüntü olur ( real-time rejim )
3. Daxilə müdaxilə olmadan, sadəcə ötürücünü dəriyə toxundurmaqla aparılır ( Noninvaziv üsul ).  
DOPPLER ULTRASƏS MÜAYİNƏ
Doppler ultrasəs yeni nəsil ultrasəs cihazları vasitəsi ilə həyata keçirilir. Doppler Effektinə əsaslanaraq aparılan müayinə üsuludur. Doppler müayinəsi zamanı vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən  qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilər. Ultrasəsin bu funksiyası hərəkət edən qanın sürətindən asılı olaraq qayıdan səs dalğalarının dəyişən tezliklərini qrafik şəkilə salır. Bununlada, müayinə olunan damarın içindəki qanın axın sürəti və axına qarşı əmələ gələn müqavimət riyazi olaraq cihaz tərəfindən hesablanır.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər