64 multislice (Philips Brilliance) KT (kompyuter tomoqrafiya)

Bir neçə saniyə ərzində bədənin istənilən nahiyəsində görüntülər əldə etməyə və üç ölçülü (3D) rekonstruksiya etməyə imkan verir.Xəstəxanamızda bədənin istənilən nahiyəsini, o cümlədən ürək damarlarının (Kardiak KT) non-invaziv KT-angioqrafiya müayinələri yüksək səviyyədə aparılır.

Kardiak KT və ya koronar KT-angioqrafiya – heç bir cərrahi müdaxilə olmadan, katetersiz (non-invaziv və yalnız bir nəfəs tutma (10 saniyə) ərzində aparılan müayinədir. Bu müayinə vasitəsilə ürəyin və koronar arteriyaların anatomiyası, aterosklerotik prosesin yayılması və 3D görüntülər əldə edilir.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər