Bildiyimiz kimi rentgen şüaları digər şüalardan fərqli olub toxumalardan keçir və toxumaların sərtliyinə, yumuşaqlığına görə müxtəlif kölgələr verir və bundan faydalanaraq, rentgen şüaları gözlə görülməyən toxumaların vəziyyətini aydınlatmaq və müayinə etmək üçün istifadə olunur. Bu müayinələr üçün ,  müasir dövrdə müxtəlif texnoloji rentgen avadanlıqları istehsal olunur. 
Müayinə olunacaq pasient rentgen şüaları ilə, bu şüaları təsbit edən həssas bir film arasında durur və qısa bir an içində bədənindən rentgen şüaları keçir. Filmdə çıxan qara ağ kölgələr bu işin mütəxəssisləri  tərəfindən oxunur və şübhə edilən xəstəliyin olub olmaması təyin edilir. 

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər