Biopsiya nefrologiya elminin vacib kəşflərindən biridir desək, heç yanılmarıq. Sona qədər oxuanız, bunun bir mübaliğə olmadığını, bir həqiqəti əks etdirdiyini görə bilərsiniz.
Biopsiya zamanı biz xüsusi bir metodlar ilə böyrəkdən bir parça alırıq. Bu parça bəlli mikroskopik müayinələrdən sonra böyrəkdə baş verən dəyişikliklərə görə biz böyrəkdə müalicənin aparılmasının yolunu cızırıq.
Bəzən belə sual olunur ki, “Son dövrlərdə elmin bu qədər inkişaf etdiyi dövrdə laboratoriyaların, instrumental müayinələrin bu qədər geniş yayıldığı bir müddətdə biopsiyaya niyə ehtiyac var?”
san şəkildə anlaşılması üçün mən bir misal çəkəcəyəm: Təsəvvür edin ki, sizə bir qapalı qutu verirlər. Qutunun içindəki olan əşyanın sarı rəngdə olduğunu, yeməli bir meyvə olduğunu, xırda tumlarının olduğunu deyirlər. Təbii ki, sizin ilk ağlınıza gələn bu bir heyva ola bilər. Amma sarı rəngdə yeməli, kiçik tumlu bir meyvənin alma olma ehtimalı da var. Eynilə biz də bir laborator müayinələrlə və yaxud da instrumental müayinələrlə böyrək barədə bu qədər məlumatı əldə edirik.
Təsəvvür edin ki, siz o qutunu açırsınız, içindəkinə baxırsınız, hətta yeyib dadına da baxırsınız və bunun dəqiq olaraq nə olduğunu bilə bilirsiniz. Eynilə böyrəkdə də bizdə belədir. Yəni biz bu zaman əgər biopsiya ediriksə, mikroskop altında, gözümüzün altında baş verən dəyişiklikləri əyani şəkildə görürük və xəstəliyin nə olduğunu anlayırıq. Və bizim bu zaman aparacağımız müalicə daha hədəfə yönəlik bir müalicə olduğu üçün xəstələrdə daha effektiv bir nəticə almış oluruq.
Biopsiyanın üstünlükləri nələrdir?
İlk öncə böyrəyi zədələmiş olan xəstəliyi aşkarlanmış oluruq. Bu, birbaşa böyrəyin öz xəstəliyi ola bilir və yaxud da hər-hansı bir sistematik xəstəliklər nəticəsində böyrək zədələnməsi ola bilir, bunu ayırd edə bilirik.
İkincisi, böyrəkdəki zədələnmənin şəklini və dərəcəsini aşkarlamış oluruq ki, bu prosesin həm də geriyə dönən/dönməyən olduğunu aydınlaşdırırıq ki, bu da həm müalicə taktikasını seçilməsində, həm də proqnozun aydınlaşdırmasında bizə bir yol göstərir.
Daha sonra müalicə sxeminin seçilməsində bizə faydalı olur. Biz biopsiya apardıqda, xəstəliyi dəqiq bildikdə, dəqiq müalicəyə başlayırıq. Həm effektli müalicə əldə edirik, həm də lüzumsuz dərmanların əlavə təsirlərindən xəstələri qorumuş oluruq.
Bir çox hallarda müalicə olunmuş olur. Əgər müalicə faydasız olarsa, xəstəyə gələcəkdə böyrək köçürməsinə ehtiyac olarsa, mövcud xəstəliyin nə olduğunun patoloji olaraq bir raporu əlimizdə olarsa, gələcəkdə böyrək köçürdüyümüz xəstələrdə də məhz planlı şəkildə böyrək köçürülə bilər. Çünki bir çox xəstəliklər var ki, bu xəstələrdə böyrək köçürməzdən öncə xəstələrin hazırlanmasına ehtiyac var. Əgər əlimizdə biopsiya nəticəsi olarsa, biz xəstələri öncədən hazırlasaq, ondan sonra köçürülmüş olan böyrəyin ömrü daha uzun ola bilir və xəstədə böyrək köçürmə nəticələri daha uğurlu olur.
Biopsiya kimlərə göstərişdir?
Biopsiya ilk öncə səbəbi bilinməyən kəskin böyrək xəstələrində… Deyək ki, çox qısa zamanda, yəni 3 ay içərisində heç bir şikayəti olmayan xəstələrdə anidən kreatinin yüksəkliyi varsa və bu kreatin yüksəkliyinin səbəbini ayırd edə bilmiriksə, ilk növbədə bu xəstələrdə aparılır.
İkincisi, nefrotik sindrom dediyimiz xəstələrdə.
Nədir nefrotik sindrom?
Bir çox xəstələrdə çox yüksək miqdarda zülal itkisi ilə, yəni 3-3.5 qram üzərində günlük proteini olan, qanda albumin səviyyəsi həddən artıq düşən, lipidlərin səviyyəsi həddən artıq qalxan və ciddi bir ödemlərlə gələn xəstələrdir ki, o nefrotik sindrom dediyimiz xəstələr… Bu xəstələrdə birbaşa biopsiyaya göstərişdir.
Davamlı hematuriyası olan xəstələr…
Yəni normalda hematuriya adətən bir uroloji problemlərdən qaynaqlanır: infeksiyadan ola bilir, daşdan ola bilir və yaxud da hər hansı onkoloji xəstəliklərdən ola bilir. Labarator və instrumental müayinələrlə biz əgər bunun bir uroloji səbəblərdən qaynaqlandığını inkar ediriksə, demək bu böyrəyin yumaqcığından qaynaqlanan bir hematuriyadır. Bunun da diaqnozunu biz yalnız və yalnız biopsiya ilə qoya bilirik ki, bu xəstələrdə də biopsiya birbaşa göstərişdir.
Bundan başqa bir çox sistematik xəstəliklər var.
Məsələn, qırmızıqurdeşənəyi kimi tanıdığımız bir xəstəliyi misal çəkə bilərik ki, bu zaman da böyüklərdə zədələnmə ola bilir. Yəni sidikdə zülal ola bilər və yaxud da digər kreatin yüksəkliyi ola bilir. Məhz bu xəstəliklər zamanı da sistematik xəstəliklərdən qaynaqlanan bir böyrək zədələnməsi varmı, bu zədələnmənin hansı tipdə getdiyini aydınlaşdırmaq üçün biopsiyasiya ehtiyac var.
Və bir də böyrək köçürülən xəstələrdə, əgər köçürülmüş böyrəyin fəaliyyətində pozğunluq yaranmışsa, bu pozğunluğu öyrənmək üçün böyrək biopsiyası aparılmalıdır.
Kimlərə böyrək biopsiyası tövsiyə olunmur?
Böyrək biopsiyası nə qədər əhəmiyyətli bir müayinə olsa da, bir çox xəstəliklərdə buna ehtiyac olsa da, amma bəzi xəstələrdə biz bunu apara bilmirik.
İlk öncə əgər böyrəyin ölçüləri kiçilmişsə, 9 sm-dən kiçik bir böyrək varsa, bu xəstələrin biopsiyası çox tövsiyyə olunmaz. Çünki əgər biz bu xəstəni biopsiya etsək və burada hər-hansı bir patoloji proses aşkarlasaq belə çox irəliləmiş bir xəstəlik olduğu üçün bunun çox dərman müalicəsini aparmırıq. Sadəcə olaraq dərman müalicəsi proqressivləşməsini və mövcud vəziyyətdə simptomatik bir yanaşma olduğu üçün bu xəstələrdə tövsiyə olunmaz.
İkinci tövsiyyə eləmədiyimiz hallar xəstənin laxtalanma sistemi ilə bağlı olan problemlərdir. Çünki böyrək biopsiyası böyrək toxumasına daxil olaraq iynə ilə oradan bir parça almasıdır ki, bu xəstədə laxtalanma sistemində olan problemlərdən qaynaqlanan bir qanaxma ola bilir ki, sonunda böyrəyin itirilməsinə gətirib çıxara bilirlər. O səbəbdən bu xəstələrə də tövsiyə olunmur.
Yüksək təzyiqi olan xəstələr, yəni dərman müalicəsi ilə yanaşı yenə də 170-in üzərində bir təzyiqə olan xəstələr varsa, bu xəstələrdə tövsiyə olunur. Laxtalanma sistemində olan problemlər kimi hipertoniyalı bir xəstəyə də biz biopsiya ediriksə, bu qanaxmaya səbəb ola bilir.
Bundan başqa sidiyin axmasına maneə törədəcək hər-hansı bir obstruktiv proseslər varsa və buna bağlı olaraq böyrəkdə genişlənmə, yəni hidronefroz dediyimiz bir vəziyyət yaranmışsa, bu xəstələrdə də biopsiya olunmaz, əks göstərişdir.
Əgər böyrəyin özündə və yaxud da hər-hansı ətraf toxunmasında bir iltihabi proses varsa, bu da əks göstərişdir. Çünki bu zaman biz vəziyyəti daha da ciddiləşdirmiş oluruq.
Və yaxud da dəridə hər-hansı bir patoloji bir proses varsa, biopsiya edəcəyimiz nahiyədə bu da bir əks göstərici sayılır. Çünki biz bununla infeksiyanı böyrəyə daşımış oluruq ki, bu da yolverilməz bir şeydir.
Bundan başqa nisbi əks göstərişlər var. Məsələn, “tək böyrək”. Tək böyrəkli bir xəstədə əgər biz az da olsa, böyrək biopsiyasının gözləmədiyimiz bir təsirləri var… Tək böyrəyin zədələnməsinə gətirib çıxara bildiyi üçün çox tövsiyə olunmur. Amma başqa bir seçimimiz yoxdursa, bu halda xüsusi digər metodlar var, yəni bizim standart perkutan dediyimiz bir biopsiya deyil, Laparoskopik biopsiyası var. Damar içindən olan biopsiyalar var ki, başqa metodlar tətbiq olunmaqla biopsiya oluna bilir və ona görə də buna bir nisbi əks göstəriş kimi qoyulur.
Və bir də uyğunsuz xəstələr, yəni belə deyək narahat xəstələr var ki, bunlara da nisbi əks göstəriş sayılır.
Niyə?
Çünki normalda biz biopsiyanı anesteziyasız aparırıq, sadəcə yerli keyitmə edirik. Amma bu xəstələrdə mütləq şəkildə hər-hansı vacib bir səbəbdən biopsiyaya ehtiyac varsa, bu xəstələr ümumi anesteziya ilə biopsiya oluna bilər.
Böyrək biopsiyası olunmadan öncə xəstələr nələri bilməlidir?
Biopsiya icra eləməmişdən öncə xəstəni doğru dürüst məlumatlandırmaq lazımdır.
Biopsiyanın faydası, biopsiyanın zərərləri, ola biləcək yan təsirləri barədə xəstə tamamən məlumatlandırılır.
Bundan sonra ikinci növbədə xəstənin bu günə qədər aldığı dərmanları soruşuruq. Çünki bir qrup dərmanlar var ki, mütləq şəkildə biopsiyadan ən azı 1 həftə öncədən, daha yaxşı olar ki, 2 həftədən öncə kəsilmiş olsun. Məsələn, bu qan durulaşdırıcı dərmanlardır: Aspirindir və yaxud da digər Varfarin tərkibli dərmanlardır.
Və bir də qeyri-steroid iltihab əleyhinə dediyimiz çox yayğın istifadə olunan ağrıkəsicilər var ki, mütəmadi qəbulu varsa, bunlar ən azı 1 həftə öncədən kəsilməlidir. Əks təqdirdə bu, bizə problem yaşada bilir qanaxma sırasında.
Bunları da aydınlaşdırdıqdan sonra xəstəni müayinə edirik. Müayinə sırasında, təbii ki, ilk öncə təzyiqi ölçülür, fiziki müayinəsi aparılır və biopsiya edəcəyimiz planlaşdırdığımız böyrək yenidən ultrasəs müayinəsi aparılır… Çünki orada hər-hansı bir kist nahəsindən və yaxud da başqa bir şişin olub olmadığı, bunlar aydınlaşdırılır.
Çox az həcimli müayinələr var, laxtalanma sisteminin vəziyyəti barədə və qanın ümumi analizi barədə analizlər istənilir. Bütün bunlar hazır olduqdan sonra isə xəstə təbii ki prosedura alınır.
Prosedur yerli keyitmə ilə aparılır, aseptik şəraitdə. Bunun üçün öncə xəstə üzüqoyulu yatağa uzanır, müdaxilə ediləcəyimiz yer xüsusi aseptik məhlullarla silinir, yerli keyitmə aparılır. Çünki ən çox soruşulan suallardan biridir ki “Ağrı olacaqmı?”
Əgər keyitmə doğru icra edilərsə, xəstə heç bir ağrı hiss etməz. Bunun üçün öncə dəridən giriş yerimiz, daha sonra ultrasəs müayinəsi altında kapsulaya qədər bütün gedəcəyimiz tunel 1% lidokain məhlulla keyidilir.
Bundan sonra məhz xüsusi çox incə iynələr var maksimum 1-1.2 millimetrlik iynələr vasitəsi ilə… Ultrasəs burada çox önəmlidir. Ağırlaşmaların olmaması üçün ultrasəs bacarığı çox önəmlidir. Ultrasəs müayinəsi altında böyrəyə daxil oluruq, avtomatik şəraitdə bir parça alırıq, bu parçanı sonra Histoloji müayinəyə göndəririk.
Burada xüsusi işıq, immunofloresan və elektron mikroskopu ilə müayinələr aparılaraq patolojisi müəyyən olunur, xəstəliyin dəqiq diaqnozu qoyulur.
Amma çox nadir hallarda da olsa, yetərsiz bir material alınma ola bilər ki, bu halda dirək yenidən xəstə təkrar biopsiyaya alına bilər.
Biopsiyadan sonra xəstə 8-12 saat yataq şəraitində, ayağa qalxmadan biopsiya nahiyəsinə bir kompres olunan şəkildə uzanır və səhərsi günü rahat şəkildə evə gedir. Bir müddət istirahət rejimi verildikdən sonra xəstə yenidən tamamən öncəki həyatına qayıdır.
Böyrək biopsiyasının arzuolunmaz təsirləri
Bütün tibbi prosedurlar kimi böyrək biopsiyasının da təbii ki, arzu olunmaz bir təsirləri və yaxud da planlaşdırmadığımız effektləri önümüzə çıxa bilər. Bunların içərisində ən çox rast gəlinən ağrıdır ki, 4% hallarda – hər 100 xəstədən 4-də ağrı ola bilir.
Və ikinci: hər 100 xəstədən 3-də qanaxma ola bilir. Sidikdə qan görə bilərsiniz. Amma bu adətən öz-özünə keçir. Yalnız və yalnız hər 100 xəstədən 1-ində qanaxma şiddətli ola bilər ki, bunun üçün bir qan köçürmək ehtiyacı ola bilər. Normalda qanaxma öz-özünə dayanır.
Və yalnız haradasa 10.000 xəstədən birində görsənən bir ağırlaşması isə qanaxmanı dayandıra bilmədiyimiz üçün xəstə nefrektomiyaya, biopsiya olunan böyrəyin çıxarılmasına gətiririk çıxara bilər ki, bu da yalnız 10.000 xəstədən birində rast gəlinir.
Təbii ki, bu ağırlaşmaların az olması üçün bunu biopsiya təcrübəsi olan, mütəmadi bu işi görən mütəxəssis tərəfindən icra olunmalıdır.
Biopsiya icra olunmazsa
Biopsiyanın yan effektlərindən danışanda mən bir şeyi mütləq vurğulamaq istəyirəm. Adətən, biz xəstələrə yan təsirləri barədə məlumat verdikdə xəstələr biopsiya olmaqdan imtina edirlər. Və son nəticə olaraq ya biopsiyasız müalicə edən bir həkimə müraciət edirlər, ya da alternativ bir təbabətə üz tuturlar ki, bu da əslində heç yol verilməyən bir şeydir.
Niyə?
Çünkü bir müddət sonra bu xəstələr artıq böyrəyini tamamən itirmiş şəkildə üzərimizə qayıdırlar ki, bu da artıq son nəticədə əlilliyə gətirib çıxarır.
Burada bir nüansı xatırlatmaq istəyirəm həmişə xəstələrə bu proseduru tövsiyə edəndə imtina edən xəstələrə bir misal çəkirəm: “Yer kürəsində 1 il ərzində ölən insanların hər 100-dən 1-i avtoqəzadan dünyasını dəyişir amma biz bunu heç diqqətə almırıq. Hər gün səhər avtomobilimizə oturub, hər gün işə gedirik. Amma 10.000-də 1 baş verən hadisə üçün biz bunun faydalarını heç gözümüzə almadan imtina edirik. Və son nəticədə isə əlilliyə, hemodializə və hətta çox bahalı prosedurlara, transplantasiyaya xəstədə ehtiyac olur.
Xəstələri mən biopsiya öncəsi geniş şəkildə məlumatlandırıram. Bizim borcumuzdur. Əlavə təsirləri də demək bizim borcumuzdur. Amma bu prosedurdan heç çəkinməmək lazımdır. Yəni bir tibbi göstəriş varsa, mütləq şəkildə aparılması tövsiyə olunur.