Böyrəklərimiz bir çox orqanlarımıza təsir edir və eyni zamanda digər orqanlarımız da böyrəklərimizin funksiyasına təsir göstərir. Buna görə böyrəklərimizdəki ağrıların səbəbləri müxtəlif ola bilər.
Böyrək ağrılarının səbəbləri sırasında:
- Ən çox böyrək ağrılarına böyrək daşı və böyrək qumu
- Böyrək iltihablanması
- Böyrəklərdə kist və hər hansı törəmənin olması (xoş və ya bəd xassəli)
- Böyrəklə sidik kisəsi arasındakı kanalda iltihab və ya qanaxma
- Böyrəklərdə soyuqdəymə
- Ayaqlara soyuqdəymə
kimi durumları misal göstərmək olar.