Soyuqdəymə və qripin böyrəklərə təsiri

qripin_soyuqdeymenin_boyreklere_tesiri

Artıq payız fəslidir. Yay aylarından sonra sərin havalara tam alışmadığımızdan, bəzən orqanizmdəki vitamin çatışmazlığından, bəzən isə immun sisteminin zəifliyindən payız fəslində soyuqdəymə və qrip kimi problemlərlə üz-üzə qalırıq.

Əlbəttəki, Xroniki Böyrək xəstəliiyi olanlarda soyuqdəymə və qripin orqnizmə daha ciddi mənfi təsiri olduğu üçün, pasientlərimiz immun sistemlərinin möhkəm olmasına 2 qat daha diqqətli olmalıdırlar!

Payız və Qış aylarında immun sisteminin güclü olması üçün pəhrizlərinə diqqət etməli, gündəlik idman məşqlərini gözardı etməməli, dərmanlarını (xüsusilədə Hipertenziya və Şəkərli Diabeti olanlar) vaxtı-vaxtında qəbul etməlidirlər.

Soyuqdəymə və ya Qripin ilk şikayətlərini hiss etdikləri zaman, özbaşına dərman qəbulu vəya xalq təbabəti müalicəsi deyil, mütləq Müalicə edən həkimlərinə müraciət etməlidirlər. Çünki Xroniki Böyrək xəstəliyi olanlar üçün, soyuqdəymə və qrip zamanı, əks təsirlərdən və ağırlaşmalardan qorunmaq üçün dərmanların təyini diqqətlə seçilməlidir.

Hər fəslin öz gözəlliyi var. Sərin Payızın, sərt Qışın da…
Həyatdan zövq alıb, gözəl yaşam üçün, sağlamlığımızın qayğısına xəstələnmədən qalmalıyıq.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir