Biopsiya nefrologiya elminin vacib kəşflərindən biridir desək, heç yanılmarıq. Sona qədər oxuanız, bunun bir mübaliğə olmadığını, bir həqiqəti əks etdirdiyini görə bilərsiniz. Biopsiya zamanı biz xüsusi bir metodlar ilə böyrəkdən bir parça alırıq. Bu parça bəlli mikroskopik müayinələrdən sonra böyrəkdə baş verən dəyişikliklərə görə biz böyrəkdə müalicənin aparılmasının yolunu cızırıq.
Proteinuriya nədir?
Proteinuriya və yaxud da sidikdə zülalın olması bu normalda ola biləcək həddən artıq miqdarda sidiklə zülalın xaric olmasıdır. Hər bir böyrək 1 milyona qədər hissəciklərdən ibarətdir ki, bu hissəciklərin də yumaqcıq dediyimiz çox kiçik bir hissəsi var. Bu yumaqcıqda normalda qanın süzülməsi baş verir.
Transplantasiyada hansı donora üstünlük verilir?
Böyrək transplantasiyası zamanı həkimlər hansı donora üstünlük verir? Böyrək transplantasiyasında verilən orqan ya canlı donordan alınır və ya artıq yaşamayan birinin olur.
Böyrəklərimiz niyə ağrayır?
Böyrəklərimiz bir çox orqanlarımıza təsir edir və eyni zamanda digər orqanlarımız da böyrəklərimizin funksiyasına təsir göstərir. Buna görə böyrəklərimizdəki ağrıların səbəbləri müxtəlif ola bilər.
Soyuqdəymə və qripin böyrəklərə təsiri
Artıq payız fəslidir. Yay aylarından sonra sərin havalara tam alışmadığımızdan, bəzən orqanizmdəki vitamin çatışmazlığından, bəzən isə immun sisteminin zəifliyindən payız fəslində soyuqdəymə və qrip kimi problemlərlə üz-üzə qalırıq.
Dializ və ürəkbulanma
Dializ zamanı ürəkbulanma və qusma problemləri Dializ alan pasientlərin şikayət etdiyi hallardan biri də, hemodializ seansı əsnasında ürəkbulanma və qusmadır. Bu şikayətlərin yaşanmasına çox vaxt hipotenziya (aşağı qan təzyiqi) səbəb olur. Bundan başqa hiperkalsemi, Disequilibrium sindromu və s. kimi səbəblərdən də Dializ ürəkbulanma və qusma müşahidə oluna bilər. Müalicə necə aparılır? Dializin başlanğıcında qan axını… Continue reading Dializ və ürəkbulanma
Qəhvə və siqaret
Nikotin və kofein birləşincə asılılıq yaratma ehtimalı daha çoxalır. Qəhvə və siqaretin birlikdə istifadəsinin səbəbi daha çox sosial vərdişdir. Nikotin ilə kofein eyni anda qəbul edildikdə, beyində bir birinə təsir edən bir asılılıq zənciri meydana gəlir. Buna görə də siqareti tərgitən insanlar həddindən çox kofein istifadə etməməyə çalışmalıdırlar. Artıq Azərbaycanda da qəhvə, çay qədər çox… Continue reading Qəhvə və siqaret
Böyrəklərimiz üçün faydalı məhsullar
Böyrəklərimiz üçün faydalı məhsullar: BORANI: Böyrək və sidik kisəsi iltihabları yaxşı təsir göstərir və sidikqovucu təsiri var. NOXUD: Böyrəklərdəki qumu təmizləyir. ŞAFTALI YARPAQLARI: Şaftalı yarpaqlarından çay uzunmüddət içildiyi halda böyrək və öd daşlarına müsbət təsir edir. TURP: Böyrəklərdəki mikrobları öldürür. YABAN ARMUD: Sidik kisəsi içində mövcud olan daşları bakteriyalara çevirib, zamanla yox olmasını təmin edir.
Stessdən uzaq olun!
2016-10-20 11:42:20Araşdırmalara görə böyrək daşı əmələ gəlməsində stress çox böyük rol oynayır. Düzdür, Böyük şəhərdə yaşayıb stess və əsəbdən uzaq olmaq, bəzən bizə qeyri mümkün gəlsədə, alimlərin fikrincə insanlar, əsəsblərini sakitləşdirmə yolunu tapıb, bacardıqları qədər stessdən özlərini qorumalıdırlar.
Göstərişsiz dərman qəbulu
Dərmanların böyrəklərimizə təsiri haqqında nələri bilməliyik? Revmatizmal ağrı kəsicilər başda olmaqla, məlumatsız, uzunmüddətli və yüksək dozada qəbul edilən ağrıkəsicilər, həkim göstərişi olmadan içilən antibiotiklər böyrəklərdə yığılaraq qılcal damar sistemində qan dövranını pozur və süzmə funksiyasına mənfi təsir göstərir. Böyrək sağlamlığını qorumaq üçün, dərmanları mütləq su ilə qəbul etmək lazımdır. Kola tipli içkilərdə duz tutan maddələr… Continue reading Göstərişsiz dərman qəbulu