Proteinuriya nədir?

sidikde köpüklenme

Proteinuriya və yaxud da sidikdə zülalın olması bu normalda ola biləcək həddən artıq miqdarda sidiklə zülalın xaric olmasıdır. 

Hər bir böyrək 1 milyona qədər hissəciklərdən ibarətdir ki, bu hissəciklərin də yumaqcıq dediyimiz çox kiçik bir hissəsi var. Bu yumaqcıqda normalda qanın süzülməsi baş verir. 

Əgər hər hansı bir patoloji prosesə bağlı olaraq bu süzgəc sistemində zədələnmə baş verərsə, nəticədə qanda normalda sidiyə keçməsi lazım olmayan hissəciklərin də sidiyə keçməsi baş verir ki, bu da süzülərək sidik kisəsinə və oradan da xaric olur. 

Bu orqanizmə lazım olan və bu patoloji proseslərdə də sidiklə çıxan hissəciklərdən də biri də belə deyək albominlər və yaxud da mukoproteinlər və yaxud da digər zülallardan ibarətdir ki, məhz proteinuriya dedikdə bu anlaşılır.

Bunu asan şəkildə başa düşmək üçün bir ələk düşünün, bilirik ki, ələk funksiyası un hissəciklərini keçirməkdir. Əgər ələkdə hər hansı bir dəlik əmələ gələrsə, bu zaman una keçməsini istəmədiyimiz iri molekullar da ələnmiş unun tərkibinə keçmiş olacaq. 

Eyni sistem də böyrəyin yumaqcıq dediyimiz hissəsində var. Burada 3.7 nanometrlik (nm) dəliklər var. Zülalların ölçüsü bu dəliklərdən yüksək olduğu üçün bu süzgəcdən süzülmür və qanda tutulur.

Bir çox patoloji proseslər nəticəsində bu dəliklər zədələnə bilər, ölçüsü böyüyə bilir və nəticədə iri molekullu zülallar da sidiyə keçərək, sidiklə atılmağa başlayır və tam olaraq dediyimiz proteinuriya halı budur.

Normada sidikdə zülal ola bilirmi?

Əslində normalda da sidikdə zülal ola bilər. Bu niyə baş verir?

Yumaqcıqlardakı süzgəcin ölçüləri 3.7 nm bərabərdir. Amma zülalların ölçüləri 3.6 nm və üzəri olur. Biofiziki mexanizmlər hesabına 3.6 nm ölçüsündə olan albominlər belə buradan süzülmür. 

Amma çox xırda, mukoproteidlərdən və yaxud da immunoqlobulin fraqmentlərindən və yaxud da amin turşularından ibarət 3.6 nm-dən də kiçik ölçülü zülallar var ki, bunlar sidiklə ələkdən keçə bilir və yaxud da yumaqcıq filtrasiyasından süzülə bilir. Amma heç bir zaman total sutka ərzində ifraz olunan zülalın miqdarı 150 mq-dan çox olmamalıdır. 150 mq-dan çox aldıqda isə artıq bu bir patoloji haldır.

Sidikdə zülalın əlamətləri nədir?

Sidikdə zülalın ən erkən əlamətlərindən biri sidiyin köpüklənməsidir. 

Əslində xəstələrin özləri də bunu bilməsi lazımdır, yəni sidiyində köpük olduğu halda ilk düşünəcəyi proteinuriyadır və bununla bağlı mütləq şəkildə həkimə müraciət etməsi lazımdır.

Yanaşı olaraq da sidikdə belə deyək üfunət qoxusu və ya xoşa gəlməyən iylər varsa, bu da zülalın bir xəbəredici simptomu ola bilir. 

Amma əsasən, bu uzun müddət davam etdikdə artıq ayaqlarda, göz ətrafında, yəni dərinin nazik olduğu hissələrdə suyun toplanması baş verir və bunun nəticəsində artıq bu ödemlərin əmələ gəlməsi olur ki, bu da xəstə də bir proteinuriya olduğundan xəbər verə bilir.

Bu proseslər daha da uzun müddət davam etdikdə, yəni zamanında müdaxilə eləmədikdə artıq böyrək çatışmazlığı əlamətləri dediyimiz: yorğunluq, iştahsızlıq, ürək bulanma, bu kimi ümumi xroniki böyrək xəstəliklərinə xarakterik olar simptomlar meydana çıxa bilir.

Sidikdə zülal necə ölçülür?

Sidikdə zülalın ölçməsinin çox müxtəlif metodları var. Bu kəmiyyət və keyfiyyətcə olmaqla müxtəlif üsullarla ölçülə bilir. 

Sidikdə zülalın təyini üçün qızıl standart 24 saatlıq sidikdə zülalın təyinidir. Yəni bəlli bir saatdan başlayaraq 24 saat tamam olana qədər sidik yığılır və oradakı zülal təyin olunur.

Deyək ki, saat 8-dən 8-ə yığılırsa… Burda önəmli olan bir nüans: birinci başlanğıc saatında 8-də, 8 zamanı olan sidik qaba yığılmamalıdır. Yəni sidik kisəsi tamaməm boşaldılmalıdır və həmən saat fiksə olunmalıdır, ertəsi gün səhər saat 8-ə qədər və ertəsi gün saat 8 daxil sidik bir qaba yığılır. 

Və bir də önəmlidir ki, boş müddətdə sidik mütləq şəkildə qaranlıq və sərin bir yerdə qorunmalıdır. Bəzən ölçümdə insanlar özləri yanlış etdiyi üçün daha yaxşı olar ki, sidik tam olaraq laboratoriyaya gətirilsin və 24 saatlıq təyin olunsun.

Əlbətdə ki, 24 saat ərzində sidiyinin yığılması bəzən çətinlik törədir. Əgər bir insan işləyirsə, bu daha da çətinlikləri artırıldığı üçün buna alternativ dediyimiz birdəfəlik sidikdə zülal və kreatin ölçülüb onların nisbətinə görə, bəlli bir düsturlarla da biz 24 saatlıq sidikdəki zülalın miqdarını təyin edə bilirik.

Bir dəfəlik sidikdə rutində hər zaman sidiyin ümumi analizində gördüyümüz bir analizlər var ki, burada sizə çox fərqli ölçü vahidləri ilə qarşınıza gələ bilər. 

Məsələn, köhnədən çox adət etdiyimiz promil dediyimiz bir ölçü vahidi ilə və yaxud da mq/dl dediyimiz bir vahidlə ölçülə bilər. 

Bu, adətən, 24 saatlıq sidikdəki zülalı deyil də, sidikdə zülalın konsentrasiyasını ifadə edir.

Ən çox olan yanlışlardan biri sidiyin ölçü vahidini nəzərdən qaçırmaqdır. 0,030 promil zülal yazırsa, bu o deməkdir ki, yəni promil bilirik ki, istənilən bir məhlulun bir litrində həll olunan miqdarını göstərir. Yəni 0,030 demək, yəni bir litrdə 30 mq zülal deməkdir ki, bu da orta hesabla norma kimi qəbul oluna bilir. Amma məsələn 30 mq/dl dedikdə isə biz bunu litrə çevirdikdə, yəni bir litrində 300 mq qədər bir zülal olmuş olur ki, bu artıq bir patoloji haldır. Yəni mütləq şəkildə bir dinamik müşahidə olursa vahidlərin eyniliyinə fikir vermək lazımdır.

Sidikdə zülal görünməsi həmişə böyrək xəstələyinin göstəricisidirmi?

Bir şey unutmaq lazım deyil ki, sidik müayinəsi zamanı yalançı pozitivlik və yaxud da yalançı neqativlik dediyimiz hallar da ola bilir. 

Sidikdə zülalın olması heç də hər hansı bir böyrək xəstəliyindən xəbər verməyə bilir. Və yaxud da böyrək xəstəliyinə bağlı olan bir xəstədə yalançı olaraq zülal ölçümü neqativ görünə bilir.

Ona görə əgər bir xəstədə proteinuriyadan şübhələndiksə, diqqət edəcəyimiz bəzi şeylər var. İlk növbədə əgər proteinuriya varsa, sidiyin bir pH-na baxmalıyıq. Əgər pH 8-dən yüksəkdirsə, o zaman burada yalançı bir yüksək protein göstərə bilər.

Və yaxud da xəstə sidiyin analizini bir temperaturlu dövrdə vermişsə, bu zaman da yalançı bir pozitivlik göstərə bilər. Əgər xəstə çox fiziki bir aktivlikdən sonra sidik analizi vermişsə, bu zaman da bir yalançı pozitivlik ola bilir.

Və bir də yalançı pozitivlik rast gəldiyimiz hallar: bir ürək çatışmazlığı xəstələridir, bir də çox tez-tez gözdən qaçırdığımız ortostatik proteinuriya dediyimiz, xüsusən də, gənc yaşlarda olur. Ayaq üstə gəzdiyi müddətcə proteinuriya olduğu halda zanılmış yataq vəziyyətində proteinuriya olmur. Bu, fizioloji bir proteinuriya sayılır. Zamanla öz-özünə keçdiyi üçün bunlara, adətən, müdaxilə olunmaması lazımdır.

Məsələn, bizim yaxın keçmişdə də belə bir şey oldu. Uzun müddət proteinuriya kimi qəbul olunan və ailədə çox ciddi bir stress yaranan bir halı biz yataq vəziyyətində, gecə boyu yatdıqdan, səhər erkəndən sidik götürdüyümüz halda proteini neqativ gəldi və bununlada bunun bir ortostatik proteinuriya diaqnozunu qoyduq ki, bu, bir patoloji hal deyil, normal bir fizioloji haldır ki, zamanla keçib gedə bilir.

Və bir də diqqət olunacaq məqam yalançı neqativliklərdir. Əgər bir insan həddən artıq maye qəbul eləyərsə və sidikdəki konsentrasiyası düşərsə, məsələn sıxlığı 1015-dən aşağı olduğu təqdirdə patoloji bir zülalı olmuş olsa, belə biz onu ölçəndə neqativ kimi görərik.

Çox zaman gözdən qaçan bir nüans olur ki, bəzi biz, adətən, birdəfəlik sidikdə yoxladığımız xüsusi albumin həssas testlər olduğu üçün xəstədə də daha çox, məsələn, miolom xəstəliyi dediyimiz bir xəstəlik var ki, burada itirilən zülal daha çox albumin xaric zülalları olduğu üçün biz birdəfəlik sidikdə ənənəvi metodlarla yoxladıqda burada proteinuriyanın olmadığı qənaətinə gələrik ki, kəmiyyətcə yoxladıqda isə bunun, həqiqətən də, çox yüksək rəqəmlərdə bir proteinuriya olduğunu görmüş oluruq.

Proteinuriyanın müalicəsi

Proteinuriya müalicəsinə gəldikdə proteinuriya özü bir xəstəlik deyil, bu bir böyrək zədələnməsinin əlamətləri olduğu üçün bir proteinuriyası olan xəstədə mütləq şəkildə biz proteinuriyanın səbəbinə baxmalıyıq. 

Çünki bir çox hallarda birbaşa böyrəyin özünə bağlı xəstəlik deyil də, orqanizmdə olan hər-hansı bir sistematik xəstəliklərdən də böyrək zədələnib ona bağlı olaraq xəstədə zülal itkisi ola bilər. 

Məsələn, şəkərli diabetdə və yaxud da arterial hipertenziyası olan insanlarda və yaxud da bir çox revmatoloji xəstəliklərdə, xroniki iltihabi proseslərlə bağlı da böyrək zədələnib bunun fonunda proteinuriya ola bilir. 

Bunu mütləq birincili bir böyrək xəstəliyi kimi qəbul eləyib, birbaşa zülalın azaldılmasına yönəlik tədbirlər görsək, əslində bir çox xəstəlikləri gözdən qaçırmış olarıq. Mütləq şəkildə  öncə qan müayinələri ilə proteinuriyanın səbəbin tapmağa çalışılmalıdır.

Bir çox hallarda biz buna nail oluruq, amma əgər bu da mümkün olmadığı halda bəzi hallarda məcburən böyrək biopsiyasına və alınmış parçanın patoloji müayinəsinə görə diaqnoz qoyulub, ona uyğun müalicə taktikası seçilməlidir və müalicə olunmalıdır.

Kimlər profilaktik müayinədən keçməlidir?

Hər bir adammı sidiyini mütəmadi yoxlamalıdır, yoxsa bunun üçün bəlli insanlarmı yoxlanmalıdır?

Əgər bir insan sağlamdırsa və 55 yaşın altındadırsa, bunların mütəmadi şikayətləri olmadığı təqdirdə… Yəni başından dediyim əgər sidiyində bir köpüyü yoxdursa, sidikdə anormal bir qoxu yoxdursa və yaxud da digər böyrək şikayətləri yoxdursa, bu insanların profilaktik olaraq sidik analizini verməsinə bir ehtiyac yoxdur.

Bəlli bir xəstəliklərdə, məsələn əgər xəstə diabetli bir xəstədirsə, mütləq şəkildə ildə 1 dəfə sidikdə zülalın olub olmadığını kontrol etməlidir.

Bu nə üçün lazımdır?

Mikroalbuminuriya dediyimiz ilkin mərhələdə biz bunu görəriksə, bu xəstəliyi tamamən geri qaytara bilirik. Zaman keçdi, yəni 300-ün üzərində bir albomini olan bir xəstədə, yəni makroalbominuriya dediyimiz mərhələdə bir xəstə gələrsə, bu xəstəliyin geri qayıtması çox o qədər də asan deyil. Ona görə də mütləq şəkildə bir diabetli xəstə ildə 1 dəfə sidikdə zülalın təyini üçün müraciət etməlidir.

İkinci qrup yoxlanılan xəstələr arterial hipertoniyası olan, həddən artıq çəkisi olan obez dediyimiz, yaxın qohumlarında xroniki böyrək xəstəliyi olan insanlar mütləq şəkildə 3 ildən bir ən azı sidiyin ümumi analizində bir zülal kontrolu olunmalıdır.

Bir də 55 yaşın üzəri və bir də siqaret çəkən insanlar. Bir çoxları əslində buna çox inanmır, amma siqaret çəkən insanlar da potensial böyrək xəstələri olduğu üçün, əgər 55 yaşdan yuxarıdırsa və insan siqaret çəkirsə, mütləq şəkildə ən azı 5 ildən bir sidikdə zülalın olub-olmaması kontrol olunmalıdır.

Bunlar nə üçün lazımdır?

Xroniki böyrək xəstələrini yalnız biz erkən mərhələdə aşkarladıqda bunları geri qaytara bilirik. Zaman keçdiyi təqdirdə artıq böyrəklərdə iləri dərəcəli xroniki böyrək xəstəliyi inkişaf edibsə, bu xəstəlik geri dönməz hala gəlir ki, son nəticəsi də olaraq ya dializə və yaxud da böyrək transplantasiyasına ehtiyac ola bilir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir