Qəhvə və siqaret

siqaret-ve-kofe-birlikde

Nikotin və kofein birləşincə asılılıq yaratma ehtimalı daha çoxalır. Qəhvə və siqaretin birlikdə istifadəsinin səbəbi daha çox sosial vərdişdir. Nikotin ilə kofein eyni anda qəbul edildikdə, beyində bir birinə təsir edən bir asılılıq zənciri meydana gəlir. Buna görə də siqareti tərgitən insanlar həddindən çox kofein istifadə etməməyə çalışmalıdırlar.

Artıq Azərbaycanda da qəhvə, çay qədər çox içilməyə başlanmışdır. Amma qəbul etdiyimiz kofeinin gündəlik norması 700 milliqramdan çox olmamalıdır. Əks halda bu asılılıq yarada bilər. 700 mg kofein təxmini 2-3 fincan qəhvəyə və 7-8 bardaq çaya bərabərdir. Kofein və nikotindən asılı olan insanların bəhanələri ” qəhvə içməsəm oyana bilmirəm ” ifadəsi ilə başlayır və gün ərzində hər boş vaxtda kofein qəbul olunur.

Ehtiyac olan kofein qarşılanmadığında isə: baş ağrısı, yorgunluq, yuxusuzluq, yuxulu hal, müvazinət pozğunluğu, iş görməmə üçün bəhanə axtarmalar və s. kimi özünü göstərir. Bundan başqa depressiya, mədə xorası və ürək döyüntü kimi ciddi sağlamlıq problemləri yarana bilər.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir