Göstərişsiz dərman qəbulu

reseptsiz-derman-qebulu

Dərmanların böyrəklərimizə təsiri haqqında nələri bilməliyik?

Revmatizmal ağrı kəsicilər başda olmaqla, məlumatsız, uzunmüddətli və yüksək dozada qəbul edilən ağrıkəsicilər, həkim göstərişi olmadan içilən antibiotiklər böyrəklərdə yığılaraq qılcal damar sistemində qan dövranını pozur və süzmə funksiyasına mənfi təsir göstərir.

Böyrək sağlamlığını qorumaq üçün, dərmanları mütləq su ilə qəbul etmək lazımdır. Kola tipli içkilərdə duz tutan maddələr vardır. Buna görədə bu tip içkilərlə dərman içmək olmaz. Antibiotiklər onsuz da böyrək funksiyalarının ləngiməsinə səbəb olur. Buna görə də antibiotiklər kola tipli içkilər və ya ayranla içilərsə böyrəklərdə həddindən artıq yük yarada bilər.

Şəkərli diabet xəstələrində böyrək patologiyası varsa, həkim tərəfindən böyrək yükünü azaldan dərman təyin olunmalıdır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir