Dializlə yaşamağı öyrən, ruhdan düşmə!

dializle-yasamaq

Həyatınızı dəyişdirən dializ müalicəsinə başlamaq, dünyanın sonu deyil. Həyatdan belə də zövq almaq mümkündür!

Əgər əvvəllər çox güc sərv etdiyiniz bir işlə məşğul idinizsə, indi daha tez yorula bilərsiniz. Dializlə bu yorğunluğun öhdəsindən qismən də olsa gələcəksiniz.

İşiniz əqli işdirsə, unutmayın beyniniz “ölməyib” sadəcə böyrəkləriniz işini yerinə yetirə bilmir, amma siz işinizə davam edin. Yetərsiz qalan böyrəkləriniz haqqında məlumat sahibi olun.

Böyrəklər nədir, necə işləyir, hansı böyrək xəstəlikləri var, sizin böyrək xəstəliyiniz hansıdır?

Eyni zamanda dializ aldığınız aparat haqqında da məlumat toplayın
Dializə gəlmə vaxtlarını düzgün təyin edin və bu görüşlərə gecikməyin.
Sizə verilən dərmanın, təsirini, niyə təyin olunduğunu və əks təsirlərini öyrənin.
Oturub, üzülməkdənsə, tədbirli olmaq daha yaxşıdır. Bütün dərmanlarınızın adlarını öyrənin. Onlara “yaşıl yumru”, “mavi uzunsov” adları verməyin.
Evinizdə yaxşı işləyən bir tərəzi olsun və siz çəkinizi (həkim tərəfindən təyin edilən) qoruyun.
Pəhrizinizə diqqət edin. Bilmədiyiniz bir məhsulun sizin üçün faydalı olub olmadığını araşdırın.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir