Dializ idman məşqlərimizə əngəl deyil!

dializ-xesteleri-idman-ede-bilermi

Diyaliz xəstələri üçün bir çox fiziki məşq növləri vardır. İdman məşqlərinə başlamazdan əvvəl mütləq nefroloqunuzla məsləhətləşərək sizin üçün ən uyğun məşq proqramını seçə bilərsiniz. Müxtəlif məşq proqramları pasientin vəziyyətinə uyğun olaraq tətbiq edilir.

Məşqlər qanda şəkərin səviyyəsini aşağı saldığı üçün Şəkərli diabeti olan dializ pasientlərinin məşq etdikləri zaman qanda şəkərin səviyyəsini kontrol etməlidirlər. Əsasən həftədə 1-2 dəfə edilən fiziki məşqlər demək olar ki bir fayda verməz, buna görə məşqlərin faydalı olması üçün şəkərli diabeti olan dializ xəstələrinin də həftədə ən az 3-5 dəfə məşq etmələri məsləhətdir.

Əgər fiziki məşqlər zamanı yorğunluq və əzələlərdə ağrı olarsa məşq dayandırılmalıdır. Biraz nəfəs aldıqdan sonra proqram daxilində olan hərəkətlər təkrarlana bilər. Həddindən artıq yorğunluq olduqda məşqlər zorla edilməməlidir. Sinədə ağrı, nəfəs darlığı, və gözlənilməyən bir əzələ, oynaq ağrısı olursa, fiziki məşqlər sonlandırılıb, həkimlə məsləhət edilməlidir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir