Dəridəki quruluq

boyrek xestelerinde deri problemleri

Xroniki böyrək xəstələrinin dəri problemləri və ev şəraitində proflaktikası

  1. Dəridə quruluğu artıran və dərinin həssaslığını oyadan faktorlardan uzaq olmaq
  • Çox isti və ya çox soyuq mühitdən uzaq olmaq
  • İlıq su ilə və qısa müddətli vanna qəbul etmək və yuyunmaq
  • Dərini daha az qurudan sabunlardan istifadə etmək (Dove, Sebamed, Neutrogena, Eubos)
  1. Nəmləndirici və yumşaldıcı kremlərdən istifadə etmək (çimdiyiniz zaman və duş qəbulundan sonra)

Bu məqsədlə törə və laktik turşu tərkibli nəmləndiricilər yararlı ola bilər. Xüsusilə də çimdikdən sonra nəmli dəriyə çəkilən bu vasitələr nəmi dəriyə hopdurma qabiliyyətinə malik olur. Bu məqsədlə istifadə olunan nəmləndiricilər:

  • Salmandol (vanna üçün tibbi yağ)
  • Nutraplus 10% losyon
  • Exsipial Hydro 2% emulsiya və s. Bu vasitələr yalnız həkim göstərişi əsasında istifadə edilməlidir.
  1. Günəşdən qorunma: Günəşdən dərini qorumaq üçün buna uyğun geyimlər və gündən qoruyucu vasitələr seçilməlidir.
  2. Tez-tez özünü (dərini) müayinə etmək mütləqdir: Dəridə əmələ gələ biləcək infeksiya, allergik reaksiyalar və dəri xərçənginin erkən təyini çox vacibdir. Bu səbəblə dəridə hər hansı bir problem aşkarladıqda mütləq həkimə müraciət edin.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir