Dializ xəstələri mütləq duzsuz pəhrizə uyğun qidalanmalıdırlar.
Duzsuz pəhrizə düzgün riayət etməyən pasientdə susama hissinin artması səbəbi ilə daha çox maye qəbul olunur. Gündəlik maye qəbulu (yeməklə birgə) 1 litri keçməməlidir. Su kilosu olaraq adlandırılan gündəlik çəki artımının 1 kq-ı aşdığı hallarda, hipertenziya yaranır, ürəkdə böyümə və sonradan ürək çatışmazlığı ortaya çıxa bilər.
Bundan başqa ən vacib məsələlərdən biri də, dializ xəstəsinin, dializ aldığı əsnada yarana biləcək fərqli rahatsızlıqlarının anında düzgün tibbi müdaxilə ilə aradan qaldırıla bilən bir xəstəxana olmasıdır. Çünki, bəzən dializ alan xəstə həyati təhlükəli bir vəziyyətlə qarşılaşa bilər. Bunun üçün yanında hər zaman təcrübəli və mütəxəssis tibb personalının olması vacibdir.
Dializ xəstələrinin ölüm səbəbi olaraq daha çox ürək xəstəlikləri olduğunu nəzərə alsaq, duzun və maye qəbulunun azaldılması önəmlidir. Bundan başqa dializ aralarında pasient əgər artıq çəki alırsa və dializ əsnasında bu çəki azalırsa, o zaman təzyiqin düşməsi, sinədə ağrı kimi hallar olur. Bu vəziyyət xüsusilə damar xəstəliyi olan xəstələr üçün çox vacibdir. Dializ əsnasında təzyiqin düşməsi dializin vaxtının qısalmasına və qeyri-kafi dializə səbəb olur.